“Cənab Prezident İlham Əliyevin Qazaxıstana səfəri türk ölkələrinin dövlət başçıları sammiti çərçivəsində həyata keçirildi. Əlbəttə ki Qazaxıstan-Azərbaycan əlaqələri yeni dövrün çağırışlarına uyğun inkişaf edir. İki türk dövlətin müxtəlif təşkilatlarda türk dövlətləri təşkilatları çərçivəsində daxildə də bir neçə təşkilat səviyyəsində forumu çərçivəsində əməkdaşlıq edib”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Qazaxıstan Azərbaycana dost və qardaş ölkədir, eyni kökdən gəlirik: “Artıq Qazaxıstanla Azərbaycan arasında türk dövlətləri təşkilatı çərçivəsində daha da sıx əməkdaşlıq formalaşıb. Hesab edirəm ki, həm hərbi, texniki humanitar, təhsil elmi əməkdaşlığın müxtəlif istiqamətlərdə Qazaxıstanla əlaqələrimizin inkişafında böyük prespektiv var. O cümlədən, Orta Dəhlizi inkişaf etdirilməsi və Qazaxıstan neftinin Azərbaycan üzərindən Qərbə daşınması məhz iki ölkə arasında münasibətləri daha da dərinləşdirir. Ümumiyyətlə, cənab Prezident İlham Əliyevin Qazaxıstana səfəri və orada keçirdiyi görüşlər müxtəlif istiqamətlərdə əldə olunan razılaşmaların daha da səmərəli şəkildə inkişafına töhfə verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB