“Ermənistanın mina terrorundan təkcə insanlar deyil,.." - MÜNASİBƏT BİLDİRİLDİ
“Otuz ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlayan Ermənistan həmin dövrdə bütün növ bəşəri cinayətlərə əl atıb. Eyni zamanda, Ermənistan 30 il ərzində işğal altında saxladığı bütün ərazilərimizi minalayıb ki, onun mənfi təsiri ilə bu gün də üz-üzə qalmaqdayıq”. Bu sözləri SİA-ya açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Əməkdar Jurnalist Nadir Azəri deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın torpaqları Ermənistanın işğalından azad edilib, bütün ərazilərimizdə suverenliyimiz bərpa olunub: “Hazırda işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işləri gedir. Lakin təəssüflər olsun ki, bu zaman biz Ermənistanın daha bir bəşəri cinayəti ilə üzləşirik. Yuxarıda qeyd etdiyimiz kimi bu da mina problemi, daha doğrusu minalanmış ərazilər məsələsidir. Ermənistan tərəfi mina xəritələrini tam olaraq hələ də Azərbaycana verməkdən yayınır. Bu isə hər ötən gündə daha bir, yaxud bir neçə insanın mina qurbanına çevrilməsinə səbəb olur”.
N.Azəri deyib ki, Ermənistanın mina terrorundan təkcə insanlar deyil, heyvanlar da əziyyət çəkir: “Bu yaxınlarda sosial şəbəkələrdə işğaldan azad edilmiş ərazilərlə bağlı bir video yayılmışdı. Həmin videodakı görüntülərdən aydın olur ki, bir ayı mina partlayışı nəticəsində ciddi xəsarət alıb. Bu isə onu deməyə əsas verir ki, Ermənistan təkcə insanlara deyil, ümumilikdə bütün canlılara qarşı cinayət törətməkdə davam edir. Yəni yayılan video Ermənistanın təbiətə, heyvanlara qarşı qəddarlığının daha bir göstəricisidir. Onu da xatırladım ki, bir müddət öncə “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyi azad edilmiş ərazilərdə minaya düşən heyvanlarla əlaqədar heyvanların müdafiəsi üzrə beynəlxalq təşkilatlara müraciət etmişdi. Hesab edirəm ki, dünya birliyi nəhayət ki, Ermənistanın cinayətləri qarşısında susqunluğuna son qoymalı, Ermənistanı azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana verməyə məcbur etməlidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB