“Əli Kərimli anlayar ki, "heyvagülü" siyasəti ona nə verər” - MÜNASİBƏT
“Əli Kərimlinin siyasətdə olması onu siyasətdə saxlayanların işinə yarayır”. Bunu SİA-ya açıqlamasında Turan Partiyasının sədri Cahandar Bayoğlu deyib.
Cahandar Bayoğlu bildirib ki, Ə.Kərimli ağa qara demək xəstəliyinə tutulub: “Onu tənqid etməkdənsə, tutulduğu xəstəlikdən müalicə etməyi gerçəkləşdirmək lazımdır. Azərbaycanda olan partiyaların əksəriyyəti Azərbaycanın bağımsız siyasətinə qarşıdılar, Konustutisiyanın əleyhinə çalışmaqla məşğuldurlar. Azərbaycanı Rusiya, İran, Avropa və Amerika dünyasına aparmaq siyasətinin içində olan bu partiyalar və sədrləri yenidən qeydə alınmaqdansa Konstitusiya Məhkəməsinin qərarı ilə bağlanmalıdır. Əli Kərimli başda olmaqla, digərləri də anlayar ki, "heyvagülü" siyasəti onlara nə verər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB