Prezidentin Qazaxıstana səfərindən əsas gözləntilər nələrdir? - POLİTOLOQ ŞƏRH ETDİ
Məlumdur ki, noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında keçiriləcək 10-cu yubiley Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstan Respublikasına səfərə gedib. Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər qarşılayıblar. Bəs, Prezidentin Qazaxıstana səfərindən əsas gözləntilər nələrdir? SİA mövzu ilə bağlı politoloq Fərhad Məmmədovun fikirlərini öyrənib.
Onun sözlərinə görə, bu işguzar səfərdir: “Səfərdə əsas məqsəd Türk Dövlətləri Təşkilatının sammitində iştirak etməkdir. Qeyd edim ki, bu sammit iki ildən bir keçirilir”.
Fərhad Məmmədov sözlərinə belə davam edib: “Sammitin əsas məqsədi keçən sammitdə qəbul edilmiş qərarların bu iki il ərzində icra səviyyəsinə nəzər yetirmək, yeni istiqamətlər üzrə müzakirələr aparmaq və ümimilikdə təşkilatın möhkəmlənməsi ilə bağlı yeni təşəbbüsləri müzakirə edib qərarlar qəbul etməkdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB