“Astanada keçirilən görüş TDT-nin yeni vizyonunu təyin edəcək” - DEPUTAT ŞƏRH ETDİ

“Astanada keçirilən görüş TDT-nin yeni vizyonunu təyin edəcək” - DEPUTAT ŞƏRH ETDİ

“Astanada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderlərinin iştirakı ilə keçirilən Zirvə Görüşü TDT tarixində yeni bir hadisə olacaq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti Şuşa Beynəlxalq Konfransında qeyd etmişdi ki, Türk Dövlətləri Təşkilatı yeni dünya nizamında yeni güc mərkəzlərindən birinə çevrilə bilər: “Astanada keçirilən görüş 21-ci əsrin yeni çağırışları əsasında TDT-nin yeni vizyonunu təyin edəcək.

Doğurdan da hazırki beynəlxalq əlaqələr sistemi şəraitində, siyasi tarazlığın yenidən müəyyənləşdiyi yeni tarixi mərhələdə Turan etno-siyasi coğrafiyasının varisləri olan TDT-nin yeni nizamda özünə yeni vəzifələr təyin etməsi tarixi hadisədir. Bu təkcə TDT-ə üzv olan ölkələr üçün deyil, regionun bütün ölkələri üçün sabitlik və təhlükəsizlik verən hadisə çevriləcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə