"Konstitusiyanın qəbulu cəmiyyətin inkişafına təkan oldu" - MÜNASİBƏT

"Konstitusiyanın qəbulu cəmiyyətin inkişafına təkan oldu" - MÜNASİBƏT

“12 noyabr 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi. Bu konstitusiyanın hazırlanmasıda cəmiyyətin bütün təbəqələri iqtisadi və müxtəlif nümayəndələri birlikdə iştirak etdilər”. Bunu SİA-ya açıqlamasında siyasi ekspert, “Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, bunula bağlı geniş müzakirələr keçirildi, dünyanın qabaqcıl ölkələrinin konstitusiya təcrübəsi nəzərə alındı, ən mütərəqqi məsələlər konstitusiyaya salındı və Ulu Öndər Heydər Əliyev əlindən gələni etdi ki, Azərbaycanın əsas qanunu özündə ən qabaqcıl təcrübəni əks etdirən bir konstitusiya olsun: “Sonrada bir necə dəfə Konstitusiya əlavələr və dəyişikliklərlə edildi və daha təkmilləşdi, daha da mükəmməlləşdi. Bu konstitusiyanın əsas üstünlüklərindən biri də ondan ibarətdir ki, burada Azərbaycanın sosial dövlət olduğu xüsusilə önə keçilir və insan hüquqlarına onların təmin olunmasına xüsusi diqqət yetirilir. Şübhə yoxdur ki, hələ uzun illər bu konstitusiya Azərbaycan dövlətinə və xalqına xidmət edəcək. Gələcək nəsillər belə bir mükəmməl qanunun qəbul olunmasına görə Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi konstitusiya komissiyasını minnətdarlıqla, ehtiramla yad edərələr”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə