"Bu il Azərbaycanın dövlət büdcəsini tarixi bir şəraitdə müzakirə edirik" - ZİYAFƏT ƏSGƏROV
"Biz bu il Azərbaycanın dövlət büdcəsini tarixi bir şəraitdə müzakirə edirik". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deputat Ziyafət Əsgərov “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
Deputat sözlərinə belə davam edib: "Bu bir həqiqətdir ki, biz tarixi hadisələr yaşadıq. Bu hadisələrin əhatəsində büdcəni müzakirə etmək isə çox qürurvericidir. Qarşıdan da bizi çox gözəl bayramlar gözləyir. Bu bayramlar da artıq yeni bir statusda, yəni Azərbaycanın suverenliyi və ərazi bütövlüyünun tam şəkildə təmin olunması fonunda qeyd olunacaq".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB