Böyük qələbənin 3-cü ildönümü ilə bağlı simpozium keçirilir - YENİLƏNİR - FOTOLAR

Böyük qələbənin 3-cü ildönümü ilə bağlı simpozium keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün Xəzər Universitetində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə “Böyük qələbənin 3-cü ildönümü: Post münaqişə dövrünün çağırış və fürsətləri” adlı simpozium keçirilir. SİA xəbər verir ki, Simpoziumda BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Xəzər Universitetinin təsisçisi və Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı, Xarici İşlər Nazirliyinin nümayəndəsi Mahur Qasımov, ADA Universiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damian Krneviç, Yuta Universitetinin professoru Hakan Yavuz və digər xarici və yerli ekspertlər iştirak edirlər.

Qeyd edək ki, tədbir ingilis və rus dillərində təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə