“44 günlük Vətən müharibəsindən, torpaqlarımızın işğaldan azad edilməsindən sonra təbii ki, bir müddət minaların təmizlənməsi prosesi getdi. Yenidənqurma və bərpa işlərinə start verildikdən sonra isə vaxtilə bu ərazilərdən erməni işağlı nəticəsində köç etmiş sakinlərimizin geri dönüşünün şahidi olduq. Bu proses demək olar ki, artıq sistematik bir xarakter alıb”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Çingiz Qənizadə bildirib.
Ekpsert bildirib ki, 3 il müddətində həm ərazilərin minalardan təmizlənməsi, həm də bu ərazilərdə müəyyən quruculuq işlərinin aparılması, infrastruktur layihələrin tətbiqi və sakinlərin öz doğma yurdlarına köçürülməsinin təmin edilməsi həm Azərbaycan dövlətinin iqtisadi gücünü göstərir, həm də siyasi iradəsini nümayiş etdirir: “Hazırda soydaşlarımızın öz el-obalarına köçürülməsi Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələdir.
Hesab edirəm ki, bu proses artıq daha da sürətlənəcək. Çünki həm artıq minatəmizləmə işlərinin, həm də yenidənqurma işlərinin sürəti artıb. İstənilən halda köç prosesi Azərbaycan dövlətinin iqtisadi və siyasi gücünün göstəricisidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB