"Prezident səbirlə Azərbaycan xalqını Zəfərə doğru apardı” -MÜNASİBƏT
“8 noyabr zəfərini şərtləndirən əlbəttə ki, hər şeydən öncə Ulu Öndər Heydər Əliyevin bu qələbəyə aparan yolun təməlini uğurlu bir şəkildə atması oldu”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, illər öncə Ulu Öndər Heydər Əliyev uzaqgörənliyi edərək elə bir təməl atdı ki, bu təməlin üzərində Azərbaycan mütləq uğur qazanmalı idi: “Cənab Prezident İlham Əliyev də yetərincə bacarıqlı uğurlu bir Lider olaraq atılmış təməlin üzərində məhz bu qalanı tikə bildi. Yəni, cənab Prezident faktiki olaraq təmkinlə, səbirlə yavaş-yavaş Azərbaycan xalqını bu Zəfərə doğru apardı. Ölkənin iqtisadi imkanları genişləndirildi, ordu quruculuğu yüksək səviyyədə təşkil edildi, milli vətənpərvər gəncliyin yetişməsi təmin edildi və bütün bunlar nəticə etibarilə Azərbaycanın zəfər çalmasına hesablanmışdır. Prezident İlham Əliyevin hesabları özünü doğrultdu və bir müddət sonra Azərbaycan xalqı öz qolunun gücünə uzun illər Ermənistanın işğalı altında qalan torpaqlarını azad etdi. Bütün bunlarla bərabər xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan xalqı 44 günlük savaşında dünyaya necə qanunlar çərçivəsində bir müharibə aparmağın örnəyini də göstərdi. Yəni, mülki şəxslərə zərər vermədən, mülki obyektləri dağıtmadan və ümumiyyətlə, insan itkisini minimuma endirərək necə müharibə aparmağın mümkün olduğunu dünyaya göstərdi. Bütün bunların çox ciddi araşdırılması vacib şərtlərdir ki, Azərbaycan tarixə müharibə örnəyi kimi düşüb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB