"Mühakimə prosesinə müdaxilənin heç bir nəticəsi olmayacaq" - ŞƏRH EDİLDİ
"Bu günə aydın şəkildə bəlli olan mənzərə budur ki, artıq həbs və ittiham olunan bir neçə erməni separatçısının taleyi ilə heç kim maraqlanmır. Buna heç ehtiyac da yoxdur. Sadəcə Ermənistanda bəzi media orqanları hələ də Vardanyan və onunla birlikdə Bakıda mühakimə olunan separatçı dəstə başçıları ilə bağlı müəyyən məlumatları ictimai rəyə pərçimləməklə məşğuldur". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, cürbəcür gurultulu və təbliğat xarakterli başlıqlar qoymaqlarına baxmayaraq Ermənistanda ictimaiyyət belə özünü lider kimi qələmə verən keçmiş separatçı başçılarına o qədər də maraq göstərmir: "Hər kəs başa düşür ki, Azərbaycan separatçı rejimə son qoydusa, deməli həmin separatçıların mühakimə prosesinə müdaxilə etməyin ciddi bir nəticəsi olmayacaq".
"Amma həll olunmuş keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəzi məsələlərə dünya hələ də aktual olaraq baxır. Yeri gəldikdə məsələlərin mahiyyətini saxtalaşdırırlar, guya ermənilər Azərbaycandan deportasiya edilir və ya ermənilərin Azərbaycandan ağır miqdarda kompensasiya almaq hüququ qələmə verilir. Dünyada bu gün media dairələrinin və diplomatik siyasi dairələrin maraq göstərdikləri məsələlər yalnız bundan ibarətdir. Düşünürəm ki, bu kontekstdə Bakıda separatçıların mühakimə olunması məsələsi dünyanın gündəmindən düşüb",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB