“Azərbaycan Prezidenti kadr islahatlarına xüsusi diqqət yetirir” - DEPUTAT FİKİR BİLDİRDİ
“Azərbaycanda idarəetmə optimallaşdırılıb, yeni operativ, səmərəli qurumlar yarandıqca peşəkar kadr potensialına da ehtiyac yaranır ki, təsis edilmiş institutların səmərəli idarəetməsi həyata keçirilsin. Ölkəmizdə həyata keçirilən islahatlar konteksində Azərbaycan Prezidenti kadr islahatlarına xüsusi diqqət yetirir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, kadrların peşəkarlığı, öz sahələri üzrə ixtisaslaşma, idarəetmə bacarığı və ən əsası səmərəli idarəetmənin təşkili kimi keyfiyyətlər önə çıxır: “Bütün bunlarla bərabər idarəetmə xüsusi institut olduğuna görə kadrların ünsiyyət qurmaq bacarığı da vacib olan şərtlərdəndir. Çünki vətəndaş dövlət məmuru ilə ünsiyyətdə olan zaman dövlətlə ünsiyyətdə olmuş kimi özünü hiss edir. Buna görə də vətəndaşlarla əlaqələrin qurulması və dövlətin xidmətini qüsursuz olaraq vətəndaşa çatdırmaq bacarığı olduqca mühümdür.
Hazırki tarixi mərhələdə Azərbaycan dövlətçiliyinin tamamilə yeni bir keyfiyyət mərhələsində inkişafı prosesi gedir. Belə olan halda şübhəsiz ki, kadrlar da yeni keyfiyyət, bilik və bacarıqlara sahib olmalıdır. Azərbaycanda kadr siyasətinin əsas fəlsəfəsi də elə buna söykənir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB