"Türkiyə heç bir dövlətin bacarmadığını etdi" - POLİTOLOQ ŞƏRH ETDİ

"Türkiyə heç bir dövlətin bacarmadığını etdi" - POLİTOLOQ ŞƏRH ETDİ

"Bu gün Türkiyə artıq 20 il öncəki Türkiyə deyil. Türkiyə regionun və dünyanın sayılıb-seçilən, yüksək siyasi gücə, böyük liderə sahib olan dövlətlərindəndir. Dünyanın ən güclü beş dövləti ilə eyni sırada Türkiyənin də adı çəkilir. Bu çox sevindirici haldır. Düşünürəm ki, Türkiyəni belə bir səviyyəyə gətirib çıxaran 20 ildən artıq bir müddətdə rəhbərlik etmiş hazırkı prezident Rəcəb Tayyib Ərdoğandır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, Türkiyə hər zaman güclü olmaq arzusunda olub: "Amma təəssüf ki, həm Türkiyə dövlətində təmsil olunan şəxslər, həm də ölkə gücü buna imkan verməyib. Bu gün isə Türkiyəni ən güclülər sırasına gətirən və öz qətiyyəti ilə dünyaya meydan oxuyan Ərdoğan həm rəhbərlik etdiyi dövləti gücləndirməklə məşğuldur, həm də qardaş dövlətlərin yanında olmağı bacarır".

Politoloq sözlərinə davam edərək bildirib ki, Rusiya-Ukrayna müharibəsi çərçivəsində dünyada aclıq hökm sürməsi təhlükəsi var idi: "Belə bir dövrdə heç bir dövlətin bacarmadığı Taxıl sazişi məhz Türkiyə Prezidenti Ərdoğanın vasitəçiliyi ilə həyata keçirildi. Afrika və digər böıgələrin insanları aclıqdan qurtuldu. Türk milləti bununla dünyaya mesaj verdi ki, biz yalnız sülhün tərəfdarıyıq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə