“Əslində bu milli xəyanətdir” PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ
“44 gün davam edən ikinci Qarabağ savaşında möhtəşəm qələbə əldə etdik. 2023-cü il 19-20 sentyabr tarixlərində isə bir gün ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində işğal altında qalan digər ərazilərimizidə separatçılardan təmizləndi”. Bunu SİA-ya açıqlamasında AMİP sədri Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, bölgədən separatçıların təmizlənməsi ilə konstitusiya quruluşmuzu bərqərar etdik: “Bununla da həm suverenliyimizə, həm də ərazi bütövlüyümüzə nail olduq. Eyni zamanda, bu tədbirlərin həyata keçirilməsi ilə Azərbaycan öz ərazisində 30 ilə yaxın alovlanan separatçılığa, terrorçuluğa son qoymuş oldu. Bu həqiqətən də çox qürurverici və sevindirici bir hal idi. Təəssüflə olsun ki, Azərbaycanın torpaqları işğal altında qaldığı zaman bu məsələni hakimiyyətə doğru əsas silahı kimi istifadə edən, özünü radikal müxalifət elan etmiş Əli Kərimli və digər “siyasilər” qələbəmizdən nəinki sevindilər, əksinə bu parlaq qələbəni qaralamağa və müxtəlif don geyindirməyə çalışdılar. Hətta bir çox hallarda “bu qələbə Azərbaycanın qələbəsindən daha çox Qərbin qələbəsidir” deyə absurd fikirlər irəli sürdülər. Bunula da onlar əslində ağalarının kim olduğunu və əlləri kimin cibində olduqlarını bir daha nümayiş etdirmiş oldular. Yenə də sözügedən şəxslər öz absurd mövqelərindən geri çəkilmirlər. Əslində bu milli xəyanətdir. Qarabağın işğaldan azad olunmasına sevinməmək və hər hansı bir formada bu qələbəyə qara yaxmağa çalışmaq heç bir halda heç bir siyasiyə baş ucalığı gətirmir. Əksinə bu həmin siyasilərin iflası deməkdir və hər kəs tərəfindən də onların bu cür hərəkətləri pislənilir. Adlarını siyasi qoymuş bu şəxslərin özləridə çox gözəl bilirlər ki, onların xalq tərəfindən də heç bir dəstəyi yoxdur. Yaxşı olardı ki, bu insanlar siyasətlə vidalaşsınlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB