“Azərbaycan region dövlətləri ilə problemlərin həllində maraqlıdır” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“3+3 formatı ikinci Qarabağ müharibəsindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülmüşdür. Bu format çərçivəsində bu günə qədər müəyyən görüşlər keçirib”. Bunu SİA-ya açıqlamasında politoloq Mətin Məmmədli deyib.
Onun sözlərinə görə, Tehranda 3+3 formatı çərçivəsində növbəti görüş olub: “Həmin görüşdə 3+2 dövlətin nümayəndələri iştirak ediblər, yəni bu görüşdə Gürcüstan istisna olmaqla digər region dövlətləri iştirak edib. Bütövlükdə bu ideyanın, bu formatın irəli sürülməsində əsas məqsəd ondan ibarətdir ki, regionda olan problemləri, məhz region dövlətləri birlikdə həll etsinlər. Yəni, regionda olan məsələləri birlikdə müzakirə etsinlər. Qarşıya qoyulan məqsəd, hədəf o vaxt effektiv alına bilər ki, 3+3 formatında iştirak edən dövlətlər bu hədəflərin həyata keçirilməsində səmimi, birgə tərəfdaşlıq etsinlər. Ümumiyyətlə, Azərbaycan region dövlətləri ilə problemlərin həllində maraqlıdır. Bizim məqsədimiz, ilk növbədə, bölgədə problemin həllidir və məsələlərin birgə müzakirəsidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB