"Azərbaycan uzun illərdir nifrət siyasətinin acı nəticələrindən əziyyət çəkir" - OMBUDSMAN

"Azərbaycan uzun illərdir nifrət siyasətinin acı nəticələrindən əziyyət çəkir" - OMBUDSMAN

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili olaraq 44 günlük Vətən müharibəsi, eləcə də post-müharibə dövründə tərəfimizdən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, sülh və insanlıq əleyhinə müharibə, terrorçuluq cinayətləri, dinc insanların, mülki obyektlərin hədəfə alınmasını ifşa edən geniş fəaliyyət həyata keçirilib. Ardıcıl olaraq hesabatlar, bəyanat və müraciətlər hazırlanaraq yerli və beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına təqdim olunub". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatında deyib.

"Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin dövlətimizdə olan səfirliklərinə, diaspor təşkilatlarına, həmçinin müxtəlif dini icmalara göndərilmiş, dünya ictimaiyyətinə videomüraciətlər edilmiş, yerli və xarici media qurumlarında məlumatlar yayımlanmışdır. Məlum olduğu kimi, etnik zəmində ayrı-seçkilik, nifrət nəticəsində yaranmış münaqişələr müasir dövrdə dünyada ən mühüm problemlərdən biridir. Etnik zəmində nifrət siyasətinin həyata keçirilməsi, nifrət nitqinin mövcudluğu ümumbəşəri dəyərlərə ziddiyyət təşkil etməkdədir. Bu cür mənfi hallar millətlər, dövlətlər arasında münaqişələrin yaranmasına gətirib çıxarır, cəmiyyətdə hüquq bərabərliyinin təmini məsələsinə maneə yaradır. Təəssüf ki, uzun illər Azərbaycan da bu siyasətin acı nəticələrindən əziyyət çəkir",- deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə