“İsraillə Fələstin münaqişəsi təkcə ərazi məsələsi deyil” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Son illər dünyada insan hüquq və azadlıqlarına hörmət edilmədiyi açıq-aşkardır. Heç bir demokratik təsisatların qərarları işləmir. Artıq beynəlxalq aləmdə insanların yaşamaq haqqı heç bir qurumu maraqlandırmır. Terrorlar, müharibələr tüğyan edir. Lakin dünya siyasətində böyük çəkisi olan ABŞ və digər Avropa ölkələri münaqişələrin həlli istiqamətində heç bir addım atmır. Əksinə münaqişə ocaqlarının daha da alovlanmasına şərait yaradır. Bu həm İsrail-Qəzza münaqişəsində, həm də Ukrayna-Rusiya münaqişəsində özünü göstərir. Tərəflərdən birini dəstəkləmək və ya onu silahlandırmaq heç də həll yolu deyil, problemin daha da dərinləşməsinə gətirib çıxardır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, dünyada 100-dən artıq aktiv münaqişələr var: “Bütün bunlar İkinci dünya müharibəsindən dünyaya qalan mirasdır. Lakin həmin dövrdən bu günə kimi bu həll olunmayan münaqişələr 21-ci əsrdə insanların müharibədən əziyyət çəkməsinə səbəb olur. Müasir zamanın ən mürəkkəb beynəlxalq problemlərindən biri Fələstin-İsrail münaqişəsidir. Bu münaqişəylə bağlı fikir ayrılıqlarını həll etməyi düşünməyən dünya güclərinin mövcudlluğu da münaqişənin ömrünü uzadır. Beynəlxalq aləmin vasitəçilliyi olduqca vacibdir, çünki İsraillə Fələstin münaqişəsi təkcə ərazi məsələsi deyil, bu iki dövlət bir-birinin dinini və irqini belə qəbul etmək istəmir. Beynəlxalq aləm gözlənilən vasitəçilliyi etməsə bu gedişlə üçüncü dünya müharibəsinin astanasındayıq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB