"Türkiyə Prezidenti ölkəsində və dünyanın dörd bir yanında yaşayan vətəndaşları Cümhuriyyət bayramı münasibətilə təbrik edirəm". SİA xəbər verir ki, bu sözləri Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100 ili münasibətilə keçirilən ziyafət çərçivəsində Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan videomüraciəti zamanı deyib.
Ərdoğan Türkiyə ilə bu sevinci paylaşan dostlarımıza təşəkkür edib: "1000 ildir vətən torpaqlarını qanla sulayan şəhidlərimizi, Cümhuriyyətimizin banisi Mustafa Kamal Atatürkü hörmətlə anıram. Köklü tariximindən aldığımız ilhamla Cümhuriyyətimizi daha da inkişaf etdirmək ən önəmli vəzifəmizdir”.
Ərdoğan qeyd edib ki, bu baxımdan son 20 ildə ölkəmizi müasir mədəniyyətin ən üst səviyyəsinə çıxarmaq üçün bütün sahələrdə islahatlar həyata keçirilib: “Dövlət və millət arasındakı divarı qaldırdıq. Bundan sonra ölkəmizin geosiyasi baxımdan daha da güclənməsi üçün fəaliyyətimizi davam etdiririk. Ölkəmizin düşmənlərinin bütün səylərinə baxmayaraq, biz güclü Türkiyə üçün çalışmağa davam edəcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB