"İndiki dövr Türkiyə üçün çox önəmli bir zamandır. Belə ki, Türkiyənin bir tərəfdən 100 illik müasirləşmə, inkişaf yolunu xatırlatma, digər tərəfdən yeni bir əsrə girişinin ifadəsi baxımından olduqca vacibdir. Cümhuriyyətimizin qurucusu qazi Mustafa Kamal Atatürkün “ən böyük əsərim Cümhuriyyətdir” dediyi Türkiyəni ötən 100 ildə daha da inkişaf etdirib, böyük və güclü dövlətə çevirdik. Hədəfimiz Türkiyəni dünyanın ən güclü iqtisadiyyatına malik ilk 10 dövləti sırasında görməkdir”. SİA xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı jurnalistlərə açıqlamasında deyib.
Səfir Cümhuriyyətin 100-cü ilinin coşqusunu Türkiyə ilə birgə yaşayan Azərbaycan xalqına təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB