“Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib - FOTOLAR

“Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib - FOTOLAR

Bu gün Qərbi Azərbaycan İcmasında “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib. SİA xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video-çarx ilə başlayıb. Daha sonra isə açılış nitqi üçün söz Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərliyə verilib.

O bildirib ki, Ulu Öndərlə bağlı bir çox Azərbaycan şəxsiyyətlərinin maraqlı, tarixi xatirələri var: "Buna görə də Heydər Əliyevlə bağlı xatirələrin, fikir və düşüncələrin əks olunduğu kitab hazırlamaq qərarına gəldik. Biz çalışdıq ki, bu kitabla Ulu Öndər şəxsiyyətinin böyüklüyü bütün əzəməti ilə görünsün. Biz 1987-ci ildən bəri çox ağır dövr yaşamışıq. Əcdadlarımız ermənilər tərəfindən qovulduqdan sonra özümüzə gəlməmiş, Azərbaycanda başqa bir təlatümlü vəziyyətin içərisinə düşdük. Biz bilirdik ki, bu vəziyyətdən qurtulmağın tək yolu Heydər Əliyev qətiyyətindən keçir. Ulu Öndər hər zaman bütün azərbaycanlıların problemlərini diqqətində saxlamış, onların həlli üçün çalışmışdır”.

Çıxış edən Qərbi Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Vaqif Şadlinski bu günün Qərbi Azərbaycanda doğulub, yaşayanlar üçün bayram olduğunu bildirib: “Bu bayramın təməlini illər öncə Ulu Öndər Heydər Əliyev qoymuş, daha sonra isə onun varisi cənab Prezident İlham Əliyev bu bayramı gerçəkləşdirdi. Məhz Ulu Öndər sayəsində biz bütün təzyiqlərə sinə gərə bildik"

Tədbir Qərbi Azərbaycan İcması Nəzarət-Təftiş Komissiyasının sədri Vahid Novruzov, AMEA-nın vitse-prezidenti, texnika elmləri doktoru, akademik Rasim Əliquliyev, Qərbi Azərbaycan İcması Qadınlar Şurası sədrinin müavini Telli Pənahqızının çıxışları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə