“Yalnız Xankəndində yaşamış vətəndaşlarımız siyahıya alınır” -MÜNASİBƏT

“Yalnız Xankəndində yaşamış vətəndaşlarımız siyahıya alınır” -MÜNASİBƏT

“Artıq işğaldan azad olunmuş torpaqlarımızda böyük bərpa-quruculuq işləri ilə yanaşı bərpa olunmuş şəhər və kəndlərimizə keçmiş məcburi köçkünlərin qayıdış prossesini də izləyirik. Demək olar ki, hər həftə ailələrin geriyə vətənlərinə yola salınmalarının şahidi oluruq”. Bunu SİA-ya açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov deyib.

Anar Xəlilov bildirib ki, bu prossesi Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsi həyata keçirir: “İlk olaraq ağır şəraitdə, yataqxana və düşərgələrdə yaşayan ailələrə üstünlük verilərək seçim aparılır. Həmçinin şəhid və qazi ailələrinə. Bundan sonra Komitədə bərpa olunmuş mənzillər püşkatma üsulu ilə ailələr arasında müəyyən edilir. Bəzi yaşayış məntəqələrində isə öz əvvəlki evləri bərpa olunan ailələr isə varislik üzrə müəyyənləşir. Ümumiyyətlə, bu prosses Komitə tərəfindən tam şəffaf və ictimai nəzarətə açıq olaraq həyata keçirilir. Biz İctimai Şura olaraq, bu prossesi yaxından izləyirik və bizim fəaliyyətimiz üçün bütün şərait yaradılıb. Dünən də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç Komitə tərəfindən yola salındı. 17 ailə-95 nəfər öz yurdlarına qayıtdı. Çox sevindirici və qürur duyucudur bu Böyük Qayıdış prossesini izləmək. Bir neçə gün öncə Komitə tərəfindən Nazirlər Kabinetinin təstdiq etdiyi Dövlət proqramına uyğun olaraq təşkil olunmuş növbəti “ İnfotur”-da İctimai Şuranın bir neçə üzvü də iştirak edirdi. Səfər zamanı mən böyük bir quruculuq, bərpa işlərinin həyata keçirildiyinin şahidi oldum. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Şuşa rayonlarında şəhər və kəndlərimizin bərpası ilə yanaşı müasir infrastruktur layihələrinin də uğurla qısa müddətdə həyata keçirildiyinin canlı şahidi oldum. Zəngilan rayonun Ağalı kəndinin yenidən müasir tipli qəsəbə kimi salındığını və burada həyatın bərpa olduğunu izlədim. Laçın rayonun Zabux kəndində görülmüş işlərlə tanış oldum. Yurdlarına qayıtmış Zabuxlularla söhbət etdim. Onlar üçün yaradılmış rahat şəraitlə, bütün tələblərə cavab verən müasir mənzillərlə tanış oldum. Zabuxluların sevinclərini və Ölkə rəhbərinə dualırını və minnətdarlıqlarını dinlədim. Eyni vəziyyəti Laçın şəhərində də müşahidə etdim. Laçında böyük bərpa işləri uğurla davam edir. Şuşada da bərpa işləri sürətlə gedir və artıq biz növbəti ilin birinci rübündən Şuşaya qayıdış prossesini də izləyəcəyik”.

Anar Xəlilov onu da qeyd edib ki, işğaldan azad olunmuş bütün ərazilərimizdə bu işlər uğurla aparılır və keçmiş məcburi köçkünlərin tezliklə öz yurdlarına qayıtmaları üçün bütün səylərdən istifadə olunur: “Təbii ki bunun üçün biz keçmiş məcburi köçkünlər ilk növbədə bu işlərə nəzarət və rəhbərlik edən cənab Prezident İlham Əliyevə öz minnətdarlığımızı bildiririk. Bir günlük antirerror tədbirləri nəticəsində də terrorçulardan təmizlənən ərazilərimizə də təhlükəsizlik tədbirlərindən sonra əhalimiz tezliklə köçürüləcək. İlk olaraq Xankəndində yaşamış və oranı tərk etmiş vətəndaşlarımızın hal-hazırda Komitə tərədindən yalnız siyahıya alınmaları aparılır. Bəzi sosial şəbəkələrdə bununla bağlı düzgün olmayan informasiyalar da yayılır. Qeyd edim ki, qeydiyyatı Xankəndi şəhərinə olmayan vətəndaşlarla bağlı Komitə tərəfindən heç bir ərizə qəbulu aparılmır. Mən vətəndaşlarımıza bildirirəm ki, yalnız Komitə tərəfindən rəsmi elan olunmuş məlumatları izləsinlər. Bəzən sosial şəbəkəkərdə və ya bəzi KİV-də bəzi neqativ xəbərlərə də rast gəlinir. Bu yaxınlarda məcburi köçkün olmayan amma onların adı altında danışdırılan vətəndaşlara da rast gəldim. Düzü təəssüf edirəm ki, görülən böyük işlərə kölgə salmağa çalışan insanlarımız da var. Əminliklə deyirəm ki, köç prossesi və ya köçkünlərimizin yaşayış vəziyyətinin yaxşılaşdırılması ilə bağlı işlər tam şəffav, ədalətli, qanuna uyğun şəkildə Komitə tərəfindən aparılır. Biz İctimai Şura da buna xüssusi olaraq nəzarət edirik. Ölkə rəhbərinin ərazilərimizi düşməndən azad edən qətiyyəri biz məcburi köçkünləri də tezliklə öz yurdumuza qaytaracaq. Sadəcə səbrlə, inamla gözləmək və aparılan işlərə kömək etməklə öz töhvəmizi vermək bizlərin vətəndaş borcu olmalıdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə