“Əli Kərimli kimilər Qarabağ probleminin həll olunacağına da inanmırdılar” -MÜNASİBƏT

“Əli Kərimli kimilər Qarabağ probleminin həll olunacağına da inanmırdılar” -MÜNASİBƏT

“Əli Kərimlinin Zəngəzur dəhlizinin reallaşması ilə bağlı fikirləri və iddiaları önəm daşımır. Onun nə deməsindən asılı olmayaraq bu dəhliz açılacaq və Əli Kərimlinin qərəzli və xoş olmayan məramı növbəti dəfə iflasa uğrayacaq”. Bu fikirləri SİA-ya açıqlamasında AMİP funksyaneri Əli Orucov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan xalqı hər şeyə qara eynəkdən baxan, tünd rəngdən başqa rəng tanımayan bu tipli siyasətçilərə yerini göstərib: “ Əli Kərimli kimilər Qarabağ probleminin həll olunacağına da inanmırdılar. Bu gün artıq belə bir problem yoxdur. Yaxın günlərdə Prezident İlham Əliyev növbəti Zəngəzur dəhlizinin açılması ilə bağlı uğurunu da Əli Kərimli qəzəb və qərəz içində qarşılayacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə