"Ermənistan Fransanın təsiri altındadır" - MÜNASİBƏT BİLDİRİLDİ
“Fransa Avropa ölkəsi olmasına baxmayaraq dünyanın müxtəlif bölgələrində destruktiv çalışmaları ilə diqqət çəkməkdir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Makronun prezident seçilməsindən sonra bu destruktiv yanaşma, hərəkatlar xeyli artıb”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, uzun illər ərzində Cənubi Qafqaz bölgəsinə bu və ya digər şəkildə müdaxilə edə bilməyən Fransa hazırda Ermənistan üzərində bizim bölgəmizdə destruktiv fəaliyyətlərə girişir: “Ermənistanı silahlandırmaq, qıcıqlandırmaq və həvəsləndirmək istəyir ki, Azərbaycanla, Türkiyə ilə münasibətlər düzəlməsin. Təəssüflər olsun ki, Ermənistan hakimiyyəti də bunu düzgün dəyərləndirə bilmir. Əslində isə, Ermənistanı kənar qüvvələr qıcıqlandırmasa, həvəsləndirməsə problemləri tənzimləmək və sülh müqaviləsini imzalamaq mümkündür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB