“Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı özünün ən yüksək zirvəsini əldə edib” - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

“Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı özünün ən yüksək zirvəsini əldə edib” - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

“Uzun illərdən, xüsusilə də Şuşa Bəyannaməsi imzalandıqdan sonra Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın bütün sferaları dinamik şəkildə inkişaf edir. Azərbaycan həm pilotlu, həm pilotsuz vasitələrin istehsalı və modernləşdirilməsi, rabitə və optik sistemlər sahəsində, həmçinin ağıllı sursatlar istiqamətində Türkiyə ilə əməkdaşlıq etməkdə maraqlıdır”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, müxtəlif istiqamətlər üzrə artıq birgə əməkdaşlıq sahəsində zəruri olan sənədlər imzalanıb: “İstənilən halda Türkiyə ilə Azərbaycan arasındakı hərbi əməkdaşlıq özünün ən yüksək zirvəsini əldə edib.

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm zəfər məhz Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü şəkildə Türkiyə və digər müttəfiqlərlə apardığı siyasət nəticəsində mümkün oldu. Azərbaycan ilk öncə özünün hərbi təhsil sistemini təkmilləşdirdi, bu isə Azərbaycanda hərbi sahədə peşəkar kadrların yetişməsinə imkan yaratdı. Bundan sonra isə Azərbaycan arsenalında mövcud olan silahları modernləşdirməklə bərabər, bir çox müasir və idarəolunan, yüksəkdəqiqlikli silah sistemlərini əldə etdi. Təbii ki, bu silah sistemləri içərisində Türkiyənin payı kifayət qədər böyük idi. Azərbaycan Qarabağdakı müharibə zamanı Türkiyənin reaktiv yayılım atəşi sistemləri, həm pilotsuz aviasiya vasitələri, həm də idarəolunan zirehli vasitə əleyhinə raketlərdən vasitələrindən çox geniş istifadə etdi.

Azərbaycan Respublikasının qəhrəman silahlı qüvvələrinin Ermənistan ordusu üzərində sürətli qələbə əldə etməsində Türkiyə istehsalı olan silah və sursatların rolu çox böyük idi”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə