“Heydər Əliyev prinsiplərinin ardıcıl tətbiqi öz bəhrəsini verdi” - MÜNASİBƏT BİLDİRİLDİ

“Heydər Əliyev prinsiplərinin ardıcıl tətbiqi öz bəhrəsini verdi” - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycanın müstəqillik dönəmini mənim fikrimcə 4 mərhələyə bölmək olar. 1991-93 müstəqilliyin elan edilməsi, 1993-2003 dövlət və ordu quruculuğu, güclü iqtisadi inkişafın təməllərinin atılması, 2003-2020 güclü ordunun qurulması və güclü iqtisadiyyatın yaradılması mərhələsi. 4-cü mərhələ 44 günlük savaşdan sonra başlandı”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elman Cəfərli deyib.

Onun sözlərinə görə, Azərbaycanın işğalçı Ermənistan üzərində böyük zəfərindən sonra bölgədə yeni siyasi düzən yarandı: “Qalib Azərbaycan ordusu və diplomatiyası yeni geosiyasi dəngələrin əsasını qoydu, diktəedici gücə çevrildi. Artıq Cənubi Qafqazda marağı olan iri dövlətlər, uğurlarımızı arzulamayan bir sıra qonşu ölkələr mövcud reallığı qəbul etmək zorunda qaldılar. 2023-cü ilin sentyabrında keçirilmiş lokal anti-terror əməliyyatları isə Qarabağ iqtisadi rayonunun tamamilə Azərbaycanın nəzarətinə keçməsi ilə nəticələndi. Cənab İlham Əliyevin rəhbərliyi ilə 20 illik hakimiyyəti dövründə son 200 ildə bizim nəzarətimizdə olmayan əraziləri də qaytardıq. Bütün bu uğurlar heç şübhəsiz ki, Prezident İlham Əliyevin 20 illik siyasətinin nəticəsidir. Son hadisələr İlham Əliyevi güclü iradəyə malik dövlət xadimi kimi önə çıxardı.

Son 20 ildə idarəetmədə Heydər Əliyev prinsiplərinin ardıcıl tətbiqi öz bəhrəsini verdi. Ölkəmiz Cənubi Qafqazın ən sabit, dayanıqlı inkişafa malik, güclü ordusu və iqtisadiyyatı olan dövlətinə çevrilib. Ümid edirik ki, bu siyasət Azərbaycanı uğurdan uğura daşıyacaq. Artıq mən inanıram ki, gün gələcək Zəngəzurda da üçrəngli bayrağımız ucalacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə