“Regionda təhlükəsizlik və sülh üçün yeni imkanlar yaranıb” -MÜNASİBƏT
“3+3 əməkdaşlıq formatı Cənubi Qafqaz regionunda Azərbaycanın iradəsi ilə formalaşan yeni geosiyasi reallıqlar fonunda olduqca əhəmiyyətlidir. Cənubi Qafqaz regionu hər zaman özünün yüksək münaqişə potensial ilə seçilib. Lakin indi regionda vəziyyət dəyişməkdədir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, regionda təhlükəsizlik və sülh üçün yeni imkanlar yaradır və bu imkanların daha da geniş olması yeni əməkdaşlıq formatından çox asılıdır. Çünki region ölkələri arasında əməkdaşlıq imkanları nə qədər geniş olarsa, regionun münaqişə potensialı da bir o qədər azalmış olar. Yəni, istənilən məsələni region ölkələri konstruktiv ünsiyyət fonunda müzakirə edərək rahatlıqla tənzimləyə biləcəklər. Qeyd etmək lazımdır ki, 3+3 əməkdaşlıq formatı 2020-ci ilin payızında Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycan və Türkiyə Prezidentlərinin birgə təşəbbüsü olaraq irəli sürüldü. Biz bu gün görürük ki, 3+3 əməkdaşlıq formatına region dövlətlərinin böyük maraqları var. Bu gələcəkdə regionda sülhün və təhlükəsizliyin etibarlı təmin olunması baxımından çox əhəmiyyətlidir. Tehranda baş tutan görüş bir daha nümayiş etdirdi ki, 3+3 formatının yaradılması kifayət qədər realdır və region ölkələri, həm də gələcəklə bağlı baxışlarını sərgiləmiş oldular. Eyni zamanda, orada səslənən bir sıra fikirlər, həm də bu formatda iştirak etmək istəyən Ermənistan üçün də bir mesaj rolunu oynayacaq. Çünki İranın xarici işlər naziri xüsusilə açıq mətnlə bildirdi ki, kənar dairələrin, güclərin regiona müdaxiləsinə imkan vermək olmaz. Bu istiqamətdə imkan yaradan ölkədə bildiyimiz kimi, Ermənistandır. Fransa Ermənistan üzərindən Cənubi Qafqaz regionundakı proseslərə müdaxilə etməyə çalışır və bu da region üçün yaxşı heç nə vəd etmir. Bu baxımdan, hesab etmirəm ki, 3+3 əməkdaşlıq formatı çox əhəmiyyətli olacaq. Həm region ölkələrinin iqtisadi ticari və digər istiqamətlərdə əməkdaşlığını şərtlandirəcək. Bu da ümumi regionun inkişafı baxımından çox əhəmiyyətli rol oynayacaq. Düzdür, Gürcüstan hələ də əməkdaşlıqdan kənarda durmaqda qərarlı kimi görünür. Amma hesab edirəm ki, əməkdaşlığın formalaşması və gələcəkdə onun cəlbediciliyini daha da artıracaq. Bu, olduqca səmərəli iştirakçı tərəflərin maraqlarına cavab verən uğurlu bir platforma çevirəcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB