Vaqif Xaçatryanın növbəti məhkəməsi keçirilib - YENİLƏNİB - FOTOLAR

Vaqif Xaçatryanın növbəti məhkəməsi keçirilib - YENİLƏNİB - FOTOLAR

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası davam etdirilib. SİA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən proses zərərçəkənlərin ifadələri elan olunub.

Vaqif Xaçatryan Azərbaycan tərəfindən vəkil və tərcüməçi ilə təmin olunub. Ona qanunvericiliyin tələbləri izah edilib.

Məhkəməyə gələ bilməyən Elnarə Mehraliyeva istintaqa ifadəsində bunları qeyd edib: “Doğulan gündən işğal gününə qədər Meşəlidə yaşamışam. Bu zaman 10 yaşım var idi. 1998-ci ildə isə cəmi 7 yaşım olsa da, bəzi şeyləri xatırlayıram.

Valideyn və qohumlarımdan eşitdim ki, ermənilər bizə qarşı amansızlıq edərək camaatı qırırdılar. 1991-ci ildə 10 yaşım var idi. Çox çey yadımdadır. Ermənilər bizim kəndə tez-tez açıq hücumlar edərək camaatımızı qırmağa çalışırdılar. Onlar kimliyindən asılı olmayaraq azərbaycanlıları öldürür və bizi evlərimizdən didərgin salmağa çalışırdılar.
Bizim kəndə tez-tez hücumlar olurdu. Kənd camaatı da müdafiə dəstəsi yaratmışdı. Eşitdiyimə və gördüyümə əsasən deyə bilərəm ki, kənd müdafiə dəstəsinə kömək olaraq 10 nəfər könüllü olaraq milli ordunun dəstələri gəlmişdi. Onlar da kəndin müdafiəsində iştirak edirdilər.

Hadisə zamanı mən nənəmgildə qalmışdım. 23 dekabrda səhər saatlarında məni yuxudan oyadıb ermənilərin hücum etdiyini dedilər. Biz də qonşu Novruz kişi ilə qaçdıq. Ermənilər mühasirəyə aldıqları üçün evdən qaça bilmirdik. Amma evin üstü yanmağa başladığı üçün məcbur evdən çıxdıq.

Qaçmaq istəyərkən ayaq və əlimdən yaralandım. Bibim isə belindən yaralandı, Novruz dayının qızını isə ermənilər həmin an öldürdülər. Bibimin saçları yanırdı. Elmira Novruz kişinin oğluna dedi ki, məni vur ermənilərə əsir düşməyim. Novruzun digər qızını da vurub öldürdülər. Mən isə qaça-qaça evdən çıxdım. Mən hamıdan qabaqda idim. Qaçanda boyu uzun, yanağında qara xalı olan erməni ilə rastlaşdım. Amma nədənsə məni vurmadı. Qonşumuzda bir oğlanı həmin erməni yanına çağırdı, yanında getmədiyi üçün başından güllələdi. Nəhayət, əsgərlərimizin yerləşdiyi köhnə məktəbin binasına çatdıq.
Biz qaçdıqdan sonra 9-cu sinifdə mənlə bir yerdə oxuyan İsmayılın meyitini orda qoyduq. Qarqar çayında buz qırıldığı üçün ayağım yaralandı. Atam məni belina alıb yola davam etməyə başladı. Bir neçə gün sonra kənd camaatının çoxunun həlak olduğunu eşitdik. Bildiyimə görə, Meşəliyə hücum edənlər Badara erməniləridi. Onlara da kömək edən rus əsgərləridir”.

Zərərçəkmiş Firuzə Mehralıyeva isə məktubunda bunları bildirib: “Meşəlidə evimizdə olarkən qəflətən ermənilərin hücumuna məruz qaldıq. Onlar şüşələrimizi sındırıb evimizi gülləbaran etdilər.

üzvlərimizlə birlikdə döşəmənin altında gizlənmişdik. Həmin vaxt ərim Mürsəl ayağından güllə yarası almışdı. Ermənilər evimizin qapısını açıb gülləni mənim üzümə dirəmişdi. Səs-küy salıb kənara çəkildim. Alçaq boylu orta bədənli, zireh dəmir forma geyinmiş maskalı erməni təpiklə mənim sağ böyrümə arxadan bir neçə dəfə vurdu.
Təxminən 3 saat ermənilər evimizi güllə yağışına tutdular. Həmin vaxt evimizdə olan iki polis yaralandı. Onların birinin adı Elçindir, o birini xatırlamıram.

Həmin gün saat 9 radələrində Tofiq Hüseynovun dəstələri gəlib bizi ermənilərin əlindən qurtardı. Həmin gün erməni quldurları kənddə olan dayım oğlu Allahverdi Novruzov, anası Adilə və qızlarını öldürdülər. Allahverdinin oğlunu isə girov götürmüşdülər. O oradan qaçıb qurtuldu və hazırda Bakıda polis işləyir”

Məhkəmə başlamazdan öncə zərərçəkmiş Hüseyn Məmmədov da fikirlərini bölüşüb: “Allah bizi bu mundar məxluqdan hifz etsin və artıq erməni söhbətini qurtaraq.

Dünyanın ən mundar həşəratına erməni deyilir. Boşuna demirlər ki, "Harada gördün erməni, vur başına gülləni". Onlar çox alçaq məxluqdur. Gözümlə görmüşəm ki, onlar içib öz qadınlarını ruslara satırdılar. Başımıza güllə yağdırıblar. Tarımızı, kamanımızı, çörəyimizi mənimsəsələr də, namus və qeyrətimizi əsla ala bilməzlər.

Onların kulinariya mədəniyyəti olmayıb. Donuz saxlamaqdan başqa bir şey bilmirlər. Elə özlərinin sifəti də donuza oxşayır. Bizdən öyrənib mal-qara saxlamağa sonradan başladılar”.

Daha sonra Vaqif Xaçatryan dövlət ittihamçısı, Baş prokurorun köməkçisi Müqəddəs Sultanovun suallarını cavablandırıb.

O, hadisələr baş verən zamanı kənddə olmadığını deyib: “Sadəcə, Badara kəndində danışırdılar ki, Müşəlidə iki nəfər ölüb. Onlar Əvəz və arvadı idi. Kim hücumlarda iştirak edibsə, Allah onların canını alacaq. Onsuz bir çoxu orada öldü, bəziləri də 2020-ci ildə üçtərəfli bəyanatdan sonra kənddən qaçıb getdilər. Badara kəndindən 220 nəfər 2020-ci ildə çıxaraq getdi və geri qayıtmadı".

V. Xaçatryan həmçinin "Meşəli hadisələrində kimin əli var, Allah bəlasını verib, çoxu ölüb", deyib.

Qeyd edək ki, proses noyabrın 1-də davam etdiriləcək.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə