“Qarabağ cənnət məkana və alınmaz qalaya çevrilir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Otuz il həsrətində olduğumuz arzuya çatdıq. Azərbaycan 44 günlük müharibə və 2023-cü ilin sentyabrın 19-20-si ilə öz tarixində ilk dəfə olaraq bütövləşdi, suverenliyini təmin etdi. Yəni, 1923-cü ilin iyulunda Azərbaycan torpağında Sovet Rusiyasının təkidi ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı, 2023-cü ilin sentyabrında isə bu tarixdən silindi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.
Deputat bildirib ki, bu qələbə Azərbaycan xalqının, dövlətinin böyük bir uğurudur: “Təbii ki, Azərbaycan xalqının qarşısında duran ən mühüm məsələlərdən biri cənab Prezidentin də dediyi kimi Qarabağın cənnətə çevrilməsidir. Bu istiqamətdə də hazırda ciddi işlər görülür. Xüsusilə də otuz il ərzində öz torpaqlarını səbrsizliklə gözləyən soydaşlarımız artıq öz torpaqlarına köçürlər.
Bu mənda Azərbaycan dövləti bir daha dünyaya bəyan edir ki, erməni işğalçı idi. Əgər onlar işğalçı olmasaydılar bu torpaqları viranə qoymazdılar. Azərbaycan isə öz tarixi torpağının sahibidir ki, həmin torpaqları cənnətə çevirir.
Dünya bu gün də ermənilər üçün göz yaşı tökür, onların tərəfini saxlayır. Amma bunların hər biri bizim üçün arxada qaldı. Bu gün minlərlə, on minlərlə azərbaycanlı öz doğma el-obasına geri qayıdır. Eyni zamanda aparılan yenidənqurma və bərpa işləri nəticəsində Qarabağ cənnət məkana və alınmaz qalaya çevrilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB