"Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçi olmağa hazırdır" - DEPUTAT FİKİR BİLDİRDİ

"Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçi olmağa hazırdır" - DEPUTAT FİKİR BİLDİRDİ

"Tblisidə V beynəlxalq İpək yolu Forumu əslində növbəti forumlardan biridir. O cümlədən, bu beynəlxalq tədbirdə Azərbaycan da iştirak edir. Ermənistanın Baş Nazirinin də bu forumda iştirak etməsi təbiidir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, əslində, bu gün Gürcüstan rəhbərliyi də ev sahibi olaraq Azərbaycan və Ermənistan arasında vasitəçi olmağa hazırdır: "Bu barədə Gürcüstanın Baş Naziri də xüsusi bəyanatla çıxış edib. Bu tədbir təqdirəlayiq bir hadisədir. Azərbaycanın dövlət başçısı da bu məsələdə Gürcüstana öz minnətdarlığını bildirib. Amma Ermənistan da buna razıdırmı? Ermənistan tərəfi də bunu istəyirmi? Azərbaycanın dövlət başçısı öz çıxışlarında dönə-dönə qeyd edir ki, Avropanın Ermənistan və Azərbaycan arasındakı münasibətlə bağlı öz maraqları var. Xüsusilə Fransanın maraqları haqqı-ədaləti aşıb. Bu gün Fransa Azərbaycan cəmiyyəti üçün nifrətlə yad olunan bir ölkədir. Çünki Fransa ermənidən daha çox ermənidir. Ermənistanın Baş Naziri Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu elan edir. Amma Fransa nəyin bahasına olursa-olsun, BMT səviyyəsində ermənilərin qeyd-şərtsiz Qarabağ ərazisində qorunması ilə bağlı sənəd qəbul etmək istəyirlər".

Deputat sözlərinə davam edərək bildirib ki, Azərbaycan artıq 30 il ərzində Qərbin ikiüzlü siyasətini görüb: "Bu gün Qərb nə bəyanat verirsə-versin, Azərbaycan öz yolu ilə gedir. Tblisidəki V beynəlxalq İpək Yolu forumu da onu göstərir ki, Cənubi Qafqazda, o cümlədən, dünyada iqtisadi münasibətlərin çox inkişaf etməyi bütün xalqların marağındadır. Əgər Ermənistan bu tədbirdə Azərbaycanı ittiham edən bir bəyanatla çıxış edərsə, bu onun problemidir. Bu gün Azərbaycan öz haqq məsələsini ədalətlə həll etdikdən sonra böyük quruculuq işləri ilə məşğuldur".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə