"Əlinin depressiya keçirdiyini deyə bilmərəm. Çünki depressiya keçirmək üçün də gərək vicdan, ləyaqət ola. Əli kimi adamabənzərlərdə vicdan yoxdu”. Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib.
Onun sözlərinə görə, el dilində desək, arsız adam depressiya keçirməz. İnsan nə qədər şərəfini ayaqlar altına ata bilər ki, düşmənin verdiyi pulla düşmənin dəyirmanına su töksün? Bunu bir az abırlı eləməyə də özlərində qabiliyyət tapa bilmirlər: “Açıq-aşkar, düşmənin və onun havadarlarının istəyini əks etdirən fikirlərini nümayişkaranə yayımlayır ki, bu da onun və onun kimilərin nə qədər millətinə kin bəslədiyinin bariz nümunəsidir. Baxın, İsrail kimi oturuşmuş, arxasında bütün Avropanın və ABŞ-nın dayandığı bir ölkə kiçik bir terror qruplaşması olan Həmasın qarşısında hansı duruma düşüb. Buna baxmayaraq Netanyahuya müxalif olan bütün qüvvələr bu gün onunla birlikdə hərəkət edirlər. Azərbaycan isə bütün Avropanın və Amerikanın dəstək verdiyi bir ölkənin iki yüz illik siyasətini alt-üst elədi, dünyanın heyrətini üstümüzə çəkdi, amma əlilər buna dodaq büzürlər. Dodaq büzmələri cəhənnəm, hər vəchlə bu tarixi qələbəmizi gözdən salmaq üçün dəridən-qabıqdan çıxırlar. Beləsinə nə ad vermək olar? Ermənidən və ya erməniyə dəstək verən dünya güclərindən aldıqları maliyyə onların başlarını elə gicəlləndirib ki, bütöv bir millətin və bu milləti sevən yüz milyonların istək və arzularına daş atmaqdan belə çəkinmirlər. Zaman belə qınından çıxıb qınını bəyənməyənlərə yerini göstərir və göstərəcək. Buna kimsənin şübhəsi olmasın”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB