“Mənim ölkəm uzun illər müstəqilliyindən məhrum olub” - HİKMƏT HACIYEV
“Bəzi Avropa ölkələri tərəfindən kolonializm siyasəti davam etdirilir. Onlar eyni zamanda, hərbi güclərdən istifadə edirlər”. SİA xəbər verir ki, bu sözləri “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən konfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Biz bu gün kolonializmlə bağlı mübarizədə çoxlu fikirlər eşitdik. Azərbaycan olaraq biz öz səylərimizi, mübarizəmizi və siyasi azadlıq ambisiyalarımızı davam etdirəcəyik. Burada səsləndirdiyiniz fikirlərinizi BMT və digər beynəlxalq təşkilatlar səviyyəsinə qaldıracağıq. Mənim ölkəm uzun illər müstəqilliyindən məhrum olub. Biz dövlət olaraq işğalın nə olduğunu bilirik”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB