Fransa erməni havadarı olaraq Azərbaycana qarşı iyrənc siyasət aparır - DEPUTATIN ŞƏRHİ

Fransa erməni havadarı olaraq Azərbaycana qarşı iyrənc siyasət aparır - DEPUTATIN ŞƏRHİ

“MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının Bakıda keçirilməsi Azərbaycanın regional təhlükəsizliyin təmin olunmasında önəmli rol oynamasından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də Şura iclasının iştirakçıları qəbul edərkən təhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlığın vacib olduğunu vurğuladı. Eyd etdi ki, ölkələrimiz arasında sıx qarşılıqlı əlaqələr səmimi, məqsədyönlü, nəticəyə və mümkün təhdidlərin profilaktikasına və ya aradan qaldırılmasına yönəlmiş əməkdaşlıq üçün gözəl imkanlar yaradır. Prezident diqqəti üç həftə əvvəl həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyinin tam bərpa olunması faktına yönəldərək bildirdi ki, sentyabr ayının 19-da uğurla keçirdiyi antiterror tədbiri ölkəmizin öz ərazisində tam suverenliyini təmin etməsilə bitdi və bütün Cənubi Qafqazda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün yeni imkanlar yaratdı”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov 1988-1993-cü illərdə Ermənistan tərəfindən Azərbaycan torpaqlarına təcavüz olunduğunu, 20 faiz torpaqlarımızın işğal edildiyini, bir milyondan artıq azərbaycanlının öz yurdundan didərgin salındığını, amma ötən 27 il ərzində beynəlxalq təşkilatlar, dünyanın 3 iri dövləti təcavüzkarı BMT sənədlərinə hörmətlə yanaşmağa məcbur edə bilməyiblər: “Ötən illər ərzində ATƏT-in himayəsi altında uzunmüddətli və nəticəsiz danışıqlar aparıldı. Bu gün regiondan kənar bəzi dövlətlərin onun geosiyasi vəziyyətinə müdaxilə cəhdlərini müşahidə etmək olar. Afrikadan qovulan Fransa Ermənistan vasitəsilə Cənubi Qafqazın işlərinə qarışmağa çalışır. Fransa hökuməti 1998-ci ildə əldə edilmiş razılığa zidd olaraq müstəmləkəçilik məskunlaşmasını qanuniləşdirir. Qərəzlilik bu gün müzakirələrin nəticəsiz qalmasına səbəb olur. Fransanın bütün diplomatik normaları pozması, təhqirlərlə səciyyələnən bəyanatlar verməsi, çirkin uydurmaları, təxribat və yalanları ilə onun vasitəçilik xidmətləri göstərmək cəhdləri heç bir məntiqə sığmır. Bizə belə vasitəçilər lazım deyil. Kimsə vasitəçilik etmək istəyirsə, bu, aksiya xarakteri daşımamalı, əməldə nəticəyə yönəlməlidir. Fransa erməni havadarı olaraq Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl atır, bizi ittiham edir. Sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında da bu ştrixlər aydın görünür. Fransa 2020-ci ildən başlayaraq bu günə qədər qeyri-konstruktiv və təxribatçı rol oynayır. Fransa prezidentinin Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğura bilər. Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb. Biz öz ərazimizdə döyüşmüşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Əksinə, Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan 30 il ərzində başqa dövlətin ərazisini işğal edərək bütüb beynəlxalq norma və prinsipləri pozub. Fransa milyon yarım əlcəzairlini təkcə əlcəzairli və müsəlman olduğuna görə məhv edib. Soyqırımına imza atan Fransa Afrikanın digər hissələrində və bütün dünyada qanlı cinayətlər törədib. Bu ölkənin müasir dövrümüzdə də müstəmləkəçilik siyasətini davam etdirməsə anlaşılan deyil və dünya birliyinin loyallığı yalnız təəccüb və təəssüf doğurur”.

Bütün xəbərlər Facebook səhifəmizdə