"İlham Əliyev növbəti dəfə dünya azərbaycanlılarını sevindirdi" - ŞƏRH EDİLDİ

"İlham Əliyev növbəti dəfə dünya azərbaycanlılarını sevindirdi" - ŞƏRH EDİLDİ

"Ali Baş Komandan İlham Əliyev dünya azərbaycanlılarını növbəti dəfə sevindirdi. Bu gözəl tarixi günü bizə yaşatdı. Ölkə başçısı 20 illiyi ilə əlaqədar olaraq Azərbaycan bayrağını Xankəndidə, Xocalıda qaldırdı". Bu sözləri SİA-ya açıqlamasında “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Telman Qasımov deyib.

Onun sözlərinə görə, bu, uzun illər aparılan siyasətin nəticəsi idi: "Prezident Xankəndidən dünyaya bir daha mesaj verdi ki, Azərbaycan müstəqil dövlətdir və öz ərazi bütövlüyünü bərpa etməyə, onu qorumağa qadirdir. Xankəndidə bayrağımızın dalğalanması ilə ərazi bütövlüyümüzü bir daha bərqərar etdik. Bu, tarixi zəfər idi. Xoşbəxtik ki, bu tarixi günə şahidlik etdik".

T.Qasımov sözlərinə davam edərək bildirib ki, dövlət başçısı vaxtilə Xankəndidə separatizmlə, radikalizmlə məşğul olanlara bundan sonra kim Azərbaycan ərazisinə müdaxilə edərsə, nəticəsinin belə olacağı mesajını verdi: "Bu mesaj nəinki Ermənistana, ümumilikdə Azərbaycan ərazisində gözü olan bütün qüvvələrə idi. Azərbaycan Prezidenti hər kəsi susdurdu. Hətta daxili düşmənlərimiz belə bu zəfərdən sevindilər. Bundan sonra Azərbaycan xalqı olaraq bir yumruq olmalıyıq. Xarici siyasətimizdə ölkə başçısının arxasında durmalı, sipər olmalıyıq. Çünki ən azından bundan sonra dövlətimizin xarici siyasətinə qarşı hər hansı hücum olarsa, onlara reaksiyamızı bildirə bilək".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə