"Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin şah əsəri..." - QHT RƏSMİSİ MÜNASİBƏT BİLDİRDİ
"Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin şah əsəri sözsüz ki, bu günlərdə qürur hissi ilə yaşadığımız Azərbaycanın ərazi bütövlüyünün ölkədə tam təmin olunmasıdır. Eyni zamanda bu uğuru şərtləndirən digər amillər də var. Həmin amillər 20 illik zaman məsafəsində inkişafı ilə Azərbaycanın qələbəsini təmin edib". Bu sözləri SİA-ya açıqlamasında "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal deyib.

Onun sözlərinə görə, iqtisadi, sosial, ictimai, siyasi sahədə sabitlik və beynəlxalq münasibətlər sistemində Azərbaycanın layiqli yerini tutması bütövlükdə ölkəmizin 20 illik zaman kəsiyində bu gün əldə etdiyi uğurları şərtləndirən amillərdir: "İqtisadi sahədə Azərbaycanın öncədən elan olunmuş neft strategiyası daha da inkişaf etdirilir. İqtisadiyyatın və enerji resurslarının şaxələndirilməsi də bura daxildir".
Aqil Camal sözlərinə belə davam edib: "Bu gün nəzər yetirsək, müharibələr ölkə və regionların inkişafına ciddi əngəldir. Amma Azərbaycanda ictimai sferada olan sabitlik ölkənin inkişafına və insanların günlük həyatına öz təsirini göstərir.
Beynəlxalq sferada Azərbaycanın etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi öz yerini tutmasının xüsusi önəmi var. Ötən 20 il ərzində biz türk ölkələri arasında olan əməkdaşlığa baxsaq, görərik ki, xeyli məsafə qət olunub. İstər qardaş Türkiyədə, istərsə də Orta Asiyanın türk ölkələri ilə olsun əvvəllər o qədər də aktiv olmayan ortaq təşkilatlar bu gün çox aktiv şəkildə fəaliyyət göstərirlər. Bunların aktiv fəaliyyət göstərməsində Azərbaycanın təşəbbüskar rolu var. Azərbaycan Prezidenti bu toplantılarda etdiyi çıxış və təşəbbüslərlə həmin bu qurumların, eyni zamanda türk dövlətləri arasında əmkdaşlığın daha da möhkəmləndirilməsinə öz töhfəsini verib. Qeyd olunan bütün bu məsələlərin hamısı Azərbaycanın həm 44 günlük Vətən müharibəsində qazandığı qələbələrin, eyni zamanda sentyabr ayında 24 saatlıq antiterror tədbirləri zamanı əldə etdiyimiz uğurların əsasını təşkil edir. Ümid edir və inanıram ki, bütün sferalarda əldə olan bu qələbələr Azərbaycanı daha güclü ölkə halına gətirəcək. Gələcək nəsillərimiz də bu uğurlardan əbədi olaraq yararlana biləcəklər".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB