Azərbaycanla hər zaman bir və bərabər olmağa davam edəcəyik- Türkiyə MN
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününü təbrik edib.
SİA xəbər verir ki, bununla bağlı “X” platformasında paylaşım edilib.
“İki bədəndə bir can, Türkiyə-Azərbaycan! Qardaş Azərbaycanın Müstəqilliyin Bərpası Gününü təbrik edir, Azərbaycan xalqını könüldən salamlayırıq. “Bir millət, iki dövlət” anlayışı ilə hər zaman bir və bərabər olmağa davam edəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!” – paylaşımda vurğulanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB