“Bayrağımızın tezliklə Xankəndidə ucalacağına heç birimizin şübhəsi yox idi“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Bayrağımızın tezliklə Xankəndidə ucalacağına heç birimizin şübhəsi yox idi“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Bayrağımızın tezliklə Xankəndidə ucalacağına heç birimizin şübhəsi yox idi. 2020-ci ildə torpaqlarımızı işğaldan azad etdikdən sonra bütün ərazilərimiz boyunca suverenliyimizin etibarlı və dönməz şəkildə bərpa edilməsi istiqamətində strategiyanı həyata keçirməyə başladıq. Bu strategiyanın müxtəlif komponentləri çox uğurla reallaşdırılır. Xüsusilə də beynəlxalq təmaslar zamanı Azərbaycan özünün haqlı mövqelərini sistemli şəkildə, ciddi arqumentləşdirərək, dünya ictiamiyyətinin diqqətinə çatıdırır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, cənab Prezident qeyd edir ki, Azərbaycan bütün sərhədləri boyunca effektiv nəzarətini təmin edəcək: “Bu ilin aprel ayında Laçın yolunda nəzarət buraxılış məntəqəsini qurmaqla, bir daha nümayiş etdirdik ki, ölkəmiz ərazisində bütün proseslərə nəzarət edirik. Bu gücümüz və iradəmiz də dönməzdir.

Azərbaycan Prezidenti Xankəndidə Azərbaycan bayrağını yüksəldərək, bir daha vacib məqamlarla bağlı fikirlərini səsləndirdi. Ölkə başçısı diqqətə çatdırdı ki, münaqişənin sülh yolu ilə tənzimlənməsində beynəlxalq səviyyədə maraq mövcud deyildi. Əksinə onlar münaqişə vəziyyətinin qalmasında maraqlı idilər. Həqiqətən də aydın görünən reallıq ondan ibarət idi ki, ATƏT-in Minsk Qrupu və Qərb dairələri münaqişənin uzun illər donmuş vəziyyətdə qalmasında maraqlı idilər. Məqsəd ondan ibarət idi ki, Ermənistan sonradan müəyyən zaman keçdikdən sonra Azərbaycan torpaqlarının aneksiyasına və bir müddət sonra Qərbin Ermənistanın bu mövqeyini dəstəkləməsi üçün əsaslara sahib olsun. Azərbaycan Prezidenti bu məqama diqqət çəkdi.

Ayrıca olaraq, ölkə başçısı bildirdi ki, həmin dövrdə Ermənistanın işğalçılıq siyasətinə dəstək olanlar, bu gün də həmin mövqelərində qalmaqdadırlar. Fransa bu mənada xüsusi canfəşanlığı ilə seçilməkdədir.

Ölkə Prezidenti bütövlükdə regionda sülh və təhlükəsizlik naminə keçmiş Azərbaycan-Ermənistan münaqişəsinin dinc yolla həll edilməsi istiqamətində iradə nümayiş etdirirdi. Lakin hər zaman bildirilirdi ki, nəticəsiz danışıqlar sonsuza kimi davam etməyəcək. Danışıqlar nəticə vermədiyi təqdirdə Azərbaycan hərbi yol ilə torpaqlarını azad edəcək. Hansı ki, bu gün artıq Azərbaycan torpaqlarının suverenliyini təmin edib”.

Bütün xəbərlər Facebook səhifəmizdə