“Energetika haqqında” yeni qanun layihəsi ikinci oxunuşda təsdiq edildi
Azərbaycanda “Energetika haqqında” yeni qanunun layihəsi müzakirəyə çıxarılıb. SİA xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisinin bu gün keçirilən iclasında deputatların müzakirəsinə təqdim edilib.
Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq, energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyən edir.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB