"Bu zəfər xalqımızın çox əsrlik yaddaş və kimliyini xatırlatdı" - ƏLİ MƏSİMLİ
"İnsan həyatında bir ömrə bərabər anlar olduğu kimi dövlət və xalqların həyatında da belə anlar olur. 15 Oktyabr 2023-cü ildə Prezident İlham Əliyevin Azərbaycan bayrağını Xankəndində ucaltdığı həmin anlar hər birimiz üçün bir ömrə bərabərdir. Çünki bu erməni oyunlarının rəsmən bitdiyi andır". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli deyib.
Deputat sözlərinə belə davam edib: "Ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, həmçinin xalqımız əzm və iradə nümayiş etdirərək öz haqq savaşına düşməni məbluğ etdi. Bu zəfər xalqımızın çox əsrlik yaddaş və kimliyini xatırlatdı.
İtirilmiş torpaqların geri alınması dünya tarixində çox mühüm hadisə, MDB məkanında isə bir ilkdir. Azərbaycanın bu savaşından qalib bir dövlət kimi çıxması yolunda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət və qazilərimizə uzun ömür arzu edirəm. Prezident İlham Əliyevə isə şərəfli missiyasında uğurlar arzu edirəm".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB