Sahibə Qafarova Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik ünvanladı

Sahibə Qafarova Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik ünvanladı

"Məlumdur ki, sabah Müstəqilliyin Bərpası Gününü qeyd edəcəyik. Son 100 ildən artıq dövrdə Azərbaycan xalqı siyasi müstəqilliyə iki dəfədən artıq nail olub". SİA xəbər verir ki, bu sözləri Milli Məslisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.

O bildirib ki, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bilmişdi: "Ötən əsrin 90-cı illərin əvvəlləri isə ölkəmizin ağır problemlər qarşısında qalmış dövrdür. O zaman hakimiyyətə gəlmiş iqtidar Azərbaycanı siyasi, hərbi və iqtisadi böhran vəziyyətinə salmışdı. Bütün bunlar Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsinə şərait yaratmışdı. Müstəqil Azərbaycanın iflasa uğraması təhlükəsi real idi. Heydər Əliyev fenomeni buna imkan vermədi. Ulu Öndər xalqımızı bu təhlükədən xilas edərək inkişaf yoluna çıxardı”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə