"Bütün uğurlara məhz Prezident İlham Əliyevin liderliyi sayəsində nail oluruq" MİLLƏT VƏKİLİ MÜNASİBƏT BİLDİRDİ

"Bütün uğurlara məhz Prezident İlham Əliyevin liderliyi sayəsində nail oluruq" MİLLƏT VƏKİLİ MÜNASİBƏT BİLDİRDİ

"Prezident İlham Əliyev xalqına, vətəninə və verdiyi vədlərə sadiq liderdir. Onun dövlətə rəhbərlik etdiyi dövürdə ölkəmiz inkişaf, intibah və qələbə mərhələlərini yaşayır". Bunun SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, son 20 ildə Azərbaycan dövləti iqtisadi və siyasi müstəqilliyini təmin edərək dünyada sözün sahibi olan nüfuzlu tərəfdaşa çevrildi: "Təbii ki, hər tərəfli inkişafı təmin etmək üçün geniş islahatların aparılması qaçılmaz idi. Dövlət başçımızın rəhbərliyi altında ölkəmizdə aparılan islahatlar həyatımızın hər bir sahəsini əhatə etdi. 2003-cü ildə cənab Prezident İlham Əliyev bu yola çıxanda xalqa sədaqətlə xidmət edəcəyinə vəd verərək bu çətin və məsuliyyətli vəzifəsini öz çiyninə götürdü. Bu, həm də Ulu Öndərin Prezident İlham Əliyevin qarşısında qoyduğu vəzifələr idi. Azərbaycan dövləti inkişaf etdi, gücləndi və döyüş meydanında öz ərazilərini düşmən tapdağından azad etdi".

Millət vəkili onu da bildirib ki, dünya nizamı çox ədalətsizdir: "Dünyada ədalət ayaq altına atılaraq bir xristian həmrəyliyi höküm sürür. İslam ölkələri ədalətli olsa da onların haqları ayaq altına atılır və onlara qarşı təzyiqlər göstərilir. Belə çətin bir zamanda Prezident İlham Əliyev Azərbaycanı dünyanın gözündə ucaltdı və məğlubedilməz olduğunu təsdiq etdi. Prerzident İlham Əliyev tarixi və beynəlxalq siyasəti çox yaxşı bildiyindən dünya siyasətçiləri onun qarşısında aciz durumda qaıldı. Ölkə başçımız bütün proseslərə səbirlə yanaşdı və atdığı hər bir addımı zamanında etdi və heç kimə əlavə müdaxilə üçün yer saxlamadı".

A.Badamov sonda onu da vurğulayıb ki, üç il əvvəl 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunanda çoxları Xankəndinə niyə girmədiyimizi sual verirdi: "Hətta xaricdə oturub düşmənlərimizin sifarişilərini icra edənlər bu məslədən dövlət siyasətimizə kölgə salmaq üçün istifadə etdilər. Ölkə başçımız bütün prosesləri görür və hər bir məsələyə böyük səbirlə yanaşırdı. Hətta onların cavabı olaraq "nəyi, necə və nəzaman etmək lazım olduğunu bunu mən bilirəm" deməklə kifayətlənmişdi. Zaman ölkə başçımızın dediyi sözlərinin reallıq olduğunu sübut etdi. Artıq 15 oktyabrda dövlət bayrağımız Xankəndində də ucaldıldı. Azərbaycan dövləti bütün ərazilərində suverənliyini bərpa etdi. Bu proseslər ölçülüb-biçilib o qədər diplomatikcəsinə həyata keçirildi ki, hətta gecə gündüz erməniləri dəstəkləyən dairələrin cınğrı çıxartmaqlarına belə yer saxlanılmadı. Biz artıq Xankəndinə, Xocalıya və Xocavəndə də qayıtmışıq. Bundan sonra bu ərazilərə də dövlət bayrağımız altında sülh, əmin-amanlıq və inkişaf gələcəkdir. Bütün uğurlara məhz Prezident İlham Əliyevin liderliyi sayəsində nail oluruq".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə