Əsgəranda Azərbaycanın Dövlət Bayrağı ucaldılıb-YENİLƏNİB

Əsgəranda Azərbaycanın Dövlət Bayrağı ucaldılıb-YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

SİA APA-ya istinadən xəbər verir ki, sonra dövlətimizin başçısı qəsəbə ərazisinə baxış keçirdi.

Qeyd edək ki, Əsgəran qəsəbəsi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

Qəsəbə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə