"Prezidentin uğurların onun Azərbaycan sevgisinin nəticəsidir" - POLİTOLOQ ŞƏRH ETDİ
"Prezident İlham Əliyevin rəhbərliyi dövründə həyata keçirilmiş islahatların, qəbul edilmiş mühüm qərarların və diplomatik addımların nəticəsidir ki, bugün mükəmməl dövlət idarəçiliyinə sahib olan Azərbaycan Respublikası qlobal sistemin ən nüfuzlu dövlətlərindən birinə çevrilib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi qələbəmizdən sonra işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən sürətli yenidənqurma işləri və Qarabağa qayıdış layihəsi regional və beynəlxalq sistemin bütün aktorları tərəfindən maraqla izlənilir: "Belə ki, artıq Azərbaycan yalnız Cənubi Qafqazın deyil, Türk dünyasının və bütövlükdə beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətlərindən biridir. Təbii ki, bütün bu uğurların hər biri dövlət başçımızın uzaqgörən daxili və xarici siyasətinin, qətiyyətli mövqeyinin və sonsuz Azərbaycan sevgisinin nəticəsidir".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB