“Azərbaycan öz torpaqlarını işğaldan azad edib və suverenliyini tam bərpa etməklə haqq-ədaləti təmin etdi”. SİA xəbər verir ki, bu sözləri Bakıda media nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında Şimali Kipr Türk Respubkikasının (KKTC) prezidenti Ersin Tatar deyib.
Ersin Tatar sözlərinə belə davam edib: “Biz də haqqımızı almaq üçün bundan sonra da mübarizə aparacağıq. Şimali Kiprə sanksiyalar tətbiq etməklə bizi diz çökdürməyə, bizləri Türkiyədən qoparmağa çalışırlar. Lakin kıbrıslı türklər buna icazə verməyəcək. Türkiyənin və Azərbaycanın dəstəyi, digər türkdilli dövlətlərin də bizimlə birgə addımlaması ilə Şimali Kipr indiyə qədər qarşılaşdığı haqsızlıqları sonlandıracaq.
Siyasi təzyiqlər ucbatından Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıya bilməyib. Biz bunu başa düşürük. Lakin bütün siyasi basqılara baxmayaraq biz Azərbaycandayıq və Azərbaycanla münasibətlərimiz günü-gündən inkişaf etməkdədir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB