Sülhməramlıların daha bir postu ləğv edildi

Sülhməramlıların daha bir postu ləğv edildi

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti daha bir müşahidə məntəqəsini ləğv edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qurumdan bildirilib ki, sentyabrın 19-dan Rusiya sülhməramlılarının ümumilikdə 8 müşahidə və 15 müvəqqəti müşahidə məntəqəsi ləğv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə