Qusarda "Siyasi varislikdən liderliyə doğru" mövzusunda konfrans keçirilib - FOTOLAR

Qusarda "Siyasi varislikdən liderliyə doğru" mövzusunda konfrans keçirilib - FOTOLAR

Qusarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Prezident seçilməsinin 20 illiyinə həsr olunmuş "Siyasi varislikdən liderliyə doğru"mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səslənib, vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri Cənab İlham Əliyevin Prezident seçilməsindən sonrakı 20 il ərzində Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə etdiyini, beynəlxalq və regional problemlərin həllində rolunun və nüfuzunun getdikcə artığını bildirib.

Konfransda məruzə ilə çıxış edən YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova,ehtiyatda olan zabit, polkovnik, "Qarabağ"ordenli Rəşad Aslanov, Rayon Gigiyena və Epidemiologiya Mərkəzi ƏPT sədri Nadirşah Şirinov, gənc partiya fəalı Lamiyə Abdullayeva Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik ənənələrinin Prezident İlham Əliyevin yüksək şəkildə həyata keçirərək qazandığı uğurlardan, ərazi bütövlüyümüzün bərpa olunmasındakı hərtərəfli məharətindən bəhs ediblər.

Konfransda bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə