“Fransa mövqelərini verə-verə gedir” - MÖVQE BİLDİRİLDİ

“Fransa mövqelərini verə-verə gedir” - MÖVQE BİLDİRİLDİ

“Fransa dünyanın böyük və güclü ölkələrindən biridir. Fransız xalqı dünyaya böyük mütəfəkkirlər, şairlər, yazıçılar və filosoflar vermiş xalqdır. Təəssüf ki, bu gün Fransa rəhbərliyində siyasəti dərindən bilməyən, obyektivlikdən uzaq, şovenizmlə silahlanmış insanlar hamiyyətdədirlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, 28 il Fransa ATƏT-in Minsk Qrupunun üzvü kimi Azərbaycanla Ermənistan konfilktini guya həll etmək üçün çalışdılar: “Bu müddər ərzində də Fransa hər zaman ermənilərin yanında oldu. Buna görə də problemlər həllini tapa bilmirdi. BMT TŞ-nin qəbul etdiyi 4 mühüm qətnamə belə yerinə yetirilmədi. Özlərinin qəbul etdiyi qətnaməni yerinə yetirməməkləri isə başadüşülən deyil.

Xüsusilə Makronun dövründə xarici işlər naziri və digər siyasilər obyektivlikdən uzaq, qərəzli informasiyalar yaydılar. Bu isə Fransanın öz politoloqları arasında belə ciddi narazılığa səbəb oldu. Eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyev də öz çıxışlarında Makronun fonunda Fransanın qeyri-obyektiv siyasətini tənqid etdi və buna görə də Azərbaycan-Ermənistan danışıqlarında iştirak etməyəcəyini bildirdi. Fransa hazırda dünyada mövqelərini verə-verə gedir. Çünki XXI əsrdə belə siyasət aparmaq doğurdan da müasir dünya üçün qəbuledilməzdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə