"Prezident İlham Əliyev xalqımızın tarixinə həkk olunub" - DEPUTAT ŞƏRH ETDİ

"Prezident İlham Əliyev xalqımızın tarixinə həkk olunub" - DEPUTAT ŞƏRH ETDİ

"Ölkəmizin lideri, Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Respublikasına prezident seçilməsinin 20 illiyi qeyd edilir. Bu Azərbaycan xalqının müasir tarixində ən önəmli hadisədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, cənab Prezidentin 20 illik liderliyi dövründə ölkəmiz çox güclü inkişaf mərhələsini keçmişdir: "Hal-hazırda əminliklə deyə bilərik ki, Azərbaycan orta güc ölkəsi kimi formalaşmışdır. Azərbaycan dünyanın böyük qlobal ölkələri ilə müqayisədə coğrafi və demoqrafik göstəriciyə görə geri olsa da, ortaya qoyduğu siyasət, dünya qlobal siyasətində oynadığı rola görə ölkəmiz və onun lideri dünyada öz sözünü deyir".

Deputat sözlərinə belə davam edib: "Cənab Prezident İlham Əliyev ata vəsiyyətini həyata keçirən bir Prezident kimi xalqımızın tarixinə həkk olunub. O ata vəsiyyətinə uyğun olaraq milli liderimizin vəsiyyətini yerinə yetirmiş, Azərbaycanı güclü ölkə etmiş, iqtisadi, hərbi və enerji təhlükəsizliyi cəhətdən özünə güvənli ölkə olaraq inkişaf etdirmişdir. Nəticədə də biz torpaqlarımızın azad olunması kimi möhtəşəm bir hadisəyə şahidlik etmişik.

Hesab edirəm ki, cənab Prezidentin torpaqlarımızı düşmən tapdağından azad etməsi onun fəaliyyətinin zirvə nöqtəsi hesab olunur. Müasir Azərbaycan tarixində 200-300 il əvvəl geriyə getsək, tariximizdə belə möhtəşəm qələbimizin olmadığını görərik. Hətta deyərdim ki, nəinki Azərbaycan tarixində, müsəlman dünyası tarixində separatizmə son qoyulması tarixində bir ilkdir. Azərbaycan ərazisində separatizmə son qoydu və öz suverenliyini bərpa etdi.

Bu gün qürurla deyə bilərik ki, Azərbaycan nəqliyyat qovşaqlarının, enerji təhlükəsizliyinin, qaz-neft kəmərlərinin keçdiyi bir ölkə funksiyasını alıb. Bütün bunlar cənab Prezidentin 20 illik məaliyyətinin bir məhsuludur.

Azərbaycan bu gün dünyada BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bu da Qoşulmama hərəkatında ən müvəffəqiyyətli sədrlik dövrü sayılır. Bu da cənab prezidentin liderliyinin nəticəsidir ki, adətən Qoşulmama Hərəkatının imici indiki qədər böyük deyildi.

Bu gün Avropa İttifaqı özü Azərbaycanın ayağına gəlir və enerji təhlükəsizliyi ilə bağlı olan müqavilələrin bağlanması ilə maraqlanır. Bunların hamısı liderimizin irəli qoyduğu siyasətin nəticəsidir.

Son olaraq qeyd edim ki, dünya ölkələrinin ən çatışmayan cəhəti güclü liderlərinin olmamasıdır. Bu da Qərbdə, Avropa İttifaqında özünü çox açıq biruzə verir. Azərbaycanda isə biz şərəflə söyləyirik ki, güclü lider ölkəmizi nə qədər irəliyə apara bilir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə