“Azərbaycan-Gürcüstan arasındakı müqavilələrin böyük önəmi var” - TÜRK POLİTOLOQ
“Azərbaycan və Gürcüstan arasında imzalanan müqavilələrin çox böyük önəmi var”. Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.
Onun sözlərinə görə, regionda sülh və təhlükəsizliyin təmin edilməsi, hərbi, hərbi texnika və hərbi təlim sahələrində əməkdaşlıq məsələləri də müzakirə edilib: “İkitərəfli və üçtərəfli Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq və birgə təlimlər müzakirə edilib. Görüşlərin sonunda Azərbaycan ilə Gürcüstan arasında “Müdafiə sahəsində əməkdaşlıq sazişi” imzalanıb”.
Hakan Aktürk sözlərinə belə davam edib: “Türkiyənin də iştirak etdiyi görüşdə, Gürcüstan və Azərbaycan dövlət rəsmiləri hər üç ölkəni maraqlandıran məsələlər üzrə regional əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər. Bundan əlavə, vizasız gediş-gəliş və malların sərbəst hərəkəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Üçtərəfli Əməkdaşlıq Fəaliyyət Planı görüşdən sonra üç ölkənin xarici işlər nazirləri müxtəlif sahələrdə konkret üçtərəfli əməkdaşlıq layihələrinin əhəmiyyətinə işarə edərək, Birgə Bəyannamə mətnini imzalayıblar. Tarixi və strateji əhəmiyyətə malik olan bu görüşün ölkələr və ölkə iqtisadiyyatı arasında əlaqələri inkişaf edəcək”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB