“Qatillərin həbsi bütün dünyadakı separatçı rejimlər üçün bir göz dağıdır“ - POLİTOLOQ ŞƏRH ETDİ
“Separatçı rejimin rəhbərlərinin həbsi "heç bir cinayət cəzasız qalmayacaq" -gerçəkliyini ortaya qoyur” “. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, saxlanılan cinayətkarlar Azərbaycan dövlətinə qarşı terrordan tutmuş qanunsuz silahlı dəstələr yaratmaqda, təxribatlar törətməkdə, insanımıza qarşı işgəncələrdə, dinc sakinlərimizə qarşı soyqırımda, Qarabağda etnik təmizləmədə və başqa insanlığa zidd əməllərdə əli olan cinayətkarlardır: “Onların hər birinin əli bu və ya digər şəkildə əsgərimizin, mülki insanımızın qanına batıb.
Onların hər biri istər otuz illik işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsi dövründə, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası, əhalinini təhlükəsizliyinin təmin olunması məqsədilə aparılan lokal xarakterli antiterror tədbirləri zamanı milli düşmənçiliyı qızışdıran, terrorçu qruplaşmaların fəaliyyətini əlaqələndirən fəaliyyətlə məşğul olublar.
Azərbaycan bu şəxslərin saxlanılması ilə xalqa və dövlətə qarşı ağır cinayətlər törətmiş hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsini tarixin ixtiyarına vermədi və sübut etdi ki, kimliyindən asılı olmayaraq Azərbaycana qarşı cinayət törədənlər mütləq şəkildə öz cəzalarını alacaqlar. Azərbaycan bütün dünyaya sübut edir ki, dövlətimizə və xalqımıza qarşı qanlı əməllər törətmiş terrorçular mütləq şəkildə ədalət məhkəməsi qarşısında dayanacaq.
Onların həbsi hələ də revanşist düşüncələrlə yaşayan, hələ də Azərbaycan əleyhinə bəyanatlar verən, hələ də silahlanmadan və “mübarizə” aparmaqdan dəm vuran hər kəs üçün gözdağı olmalıdır. Separatçı rejimin digər tör-töküntüləri, Vitali Balasanyan kimi qatillər də bundan dərs çıxarmalı və eyni aqibəti onların da gözlədiklərini dərk etməlidirlər.
Ümumi mənada isə bu qatillərin həbsi bütün dünyadakı separatçı rejimlər üçün bir göz dağıdır. Onların hər biri dərk etməlidir ki, kimlərində arxasında gizlənməklə, ayrı-ayrı ölkələrin maraqlarına xidmət edərək uzun müddət cəzasıq qalmaq mümkün olmayacaq. Gec ya da tez ədalət öz yürini tapacaq və o vaxt zamanında arxanızda dayanan qüvvələr belə sizə yardım etmək üçün əl uzatmayacaqlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB