BMT baş katibinin müavinləri ərzaq təhlükəsizliyi problemlərini müzakirə etmək üçün tezliklə Moskvaya səfər edəcəklər.
SİA-nın məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.
Onun sözlərinə görə, Türkiyəyə 1 milyon ton Rusiya taxılının tədarükü layihəsi inkişaf mərhələsindədir.
"Rusiya ilin sonuna qədər altı Afrika ölkəsinə pulsuz ərzaq tədarükü ilə bağlı verdiyi vədi yerinə yetirəcək", deyə rusiyalı diplomat vurğulayıb.
Verşinin, həmçinin Rusiyanın hərəkətlərinin taxıl qiymətlərinə təsir etməsi, taxılın qiymətinin artmaması barədə bəyanatları yalan adlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB